Kateqoriyalar
Sırala
ID 0128451

Bakıda keçirilən “Fərqliliyin rəngi” festivalı

Bakıda Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə ölkədə formalaşmış nümunəvi tolerantlıq və multikulturalizm mühitini, dinlərarası harmoniyanı, həmrəyliyi, mədəni müxtəlifliyi, birgəyaşayış dəyərlərini təbliğ və təşviq etmək məqsədilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Fərqliliyin rəngi” festivalı keçirilib. Festivalda Azərbaycanın tarixin sınaqlarından keçmiş mötəbər dinlər və mədəniyyətlərarası dialoq modeli, çoxmədəniyyətli mühitlərdə birgəyaşayışın unikal təcrübəsi təqdim edilib. Tədbirdə Qafqaz Müsəlmanları İdarəsi, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası, Bakı şəhəri Dağ Yəhudiləri dini icması, Sefarad Yəhudilərinin Bakı dini icması, Avropa Yəhudilərinin Bakı dini icması, Roma Katolik Kilsəsinin Apostol Prefekturası, Azərbaycan Bibliya Cəmiyyəti, Azərbaycan Bəhailəri Dini Mərkəzi, Alban-Udi Xristian, Krişna Şüuru, Gürcü pravoslav və Molokan-ruhani-xristian dini icması daxil olmaqla 33 dini qurum iştirak edib. Festival çərçivəsində dini qurumların fəaliyyətini, dini ənənə və dəyərlərini əks etdirən fotostendlərin, ədəbiyyat nümunələrinin, əl işlərinin nümayişi, həmçinin dini konfessiyaların musiqi və rəqs qruplarının çıxışları baş tutub. Bakı Ekspo Mərkəzində keçirilən festivalın media tərəfdaşı "Global Media Group"dur.

Digər fotolar
arrow-up