Kateqoriyalar
Sırala
ID 0128520

Zəfər Gününə həsr olunmuş hərbi parada hazırlıq məşqləri

Noyabrın 8-də Bakı şəhərində Zəfər Gününün beşinci ildönümü münasibətilə hərbi parad təşkil olunacaq. Parada hazırlıqla bağlı Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin, o cümlədən Azərbaycan Ordusunun bölmələri ilə məşqlər keçirilir. Hazırlıq məşqləri zamanı aviasiya vasitələrinin uçuşları, avtomobil və döyüş texnikalarının müəyyən edilmiş marşrutlar üzrə hərəkəti və yerdəyişməsi icra olunur.

Digər fotolar
arrow-up