Kateqoriyalar
Sırala
ID 0128655

Şəhidlər xiyabanından başlayan Zəfər Günü yürüşü

Bakıda 8 Noyabr - Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə Azərbaycan Hərbi Hava Qüvvələrinin zəfər yürüşü başlayıb. Əvvəlcə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin, eləcə də ölkənin ərazi bütövlüyü uğrunda canından keçmiş şəxslərin xatirəsi birdəqiqəlik sükutla yad edilib. Zəfər yürüşü Şəhidlər xiyabanı - "Alov Qüllələri" Kompleksi - "İçərişəhər" metrosu - Qala Qapısı - Azərbaycan Dövlət Kukla teatrı - Azneft dairəsi - Bəhram Gur heykəli istiqamətlərini əhatə edir. Yürüşlərdə "Müzəffər Ali Baş Komandan!", "Zəfərin mübarək, Azərbaycan!", "Şəhidlər ölməz, Vətən bölünməz", "Qarabağ Azərbaycandır!" və başqa şüarlar səsləndirilir.

Digər fotolar
arrow-up