Ermənistana Qazaxıstan taxılı daşıyan yük qatarı Biləcəri Dəmiryol Stansiyasına çatıb
Azərbaycan ərazisindən keçməklə Ermənistana Qazaxıstan taxılı daşıyan 15 vaqondan ibarət yük qatarı Biləcəri Dəmiryol Stansiyasına çatıb. Yük Yalama-Biləcəri-Hacıqabul-Böyük Kəsik marşrutu üzrə daşınır. Daha sonra qatar Gürcüstana keçəcək, oradan isə Ermənistanın Dalarik stansiyasına gedəcək. Qatar noyabrın 4-də saat 00:15-də Rusiyadan yola salınıb və ümumi çəkisi 1 048,8 ton olan buğda daşıyır. Prezident İlham Əliyev Ermənistana yük tranziti ilə bağlı məhdudiyyətlərin aradan qaldırıldığını Qazaxıstanda verdiyi bəyanatda qeyd edib.
Digər fotolar
