Kateqoriyalar
Sırala
ID 0128691

Nərimanov rayonundan başlayan Zəfər Günü yürüşü

Bakıda 8 Noyabr - Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə Azərbaycan Silahlı Qüvvələrinin Quru Qoşunlarının zəfər yürüşü başlayıb. Əvvəlcə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin, eləcə də ölkənin ərazi bütövlüyü uğrunda canından keçmiş şəxslərin xatirəsi birdəqiqəlik sükutla yad edilib. Zəfər yürüşü "Olimpik Star" İdman və Əyləncə Mərkəzi - Səməd Vurğun küçəsi - Zabitlər parkı - Bakı Dövlət Sirki - Heydər Əliyev Sarayı - İmadəddin Nəsimi heykəli - Neftçilər prospekti istiqamətlərini əhatə edir. Yürüşlərdə "Müzəffər Ali Baş Komandan!", "Zəfərin mübarək, Azərbaycan!", "Şəhidlər ölməz, Vətən bölünməz", "Qarabağ Azərbaycandır!" və başqa şüarlar səsləndirilir.

Digər fotolar
arrow-up