Kateqoriyalar
Sırala
ID 0129364

Misli Premyer Liqası: "Qarabağ" - “Neftçi” oyunu

Misli Premyer Liqasının XI turunda "Qarabağ" öz meydanında əzəli rəqibi “Neftçi” ilə qarşılaşıb. “Azersun Arena”da baş tutan Azərbaycan derbisini hakim Elçin Məsiyev idarə edib. Ağdam təmsilçisi rəqibinə 2:0 hesabı ilə qalib gəlib. Qolları Toral Bayramov (50-pen) və Kamilo Duran (84) vurublar. "Qarabağ" 23 xalla turnir cədvəlinə başçılıq edir. 15 xalı olan "Neftçi" isə yeddincidir.

Digər fotolar
arrow-up