Kateqoriyalar
Sırala
ID 0129446

Payızın rənglərinə bürünən Mərkəzi Nəbatat Bağı

Şəhər sakinlərinin və paytaxta gələn qonaqların ən çox üz tutduğu məkanlardan biri olan Mərkəzi Nəbatat Bağında payızın gəlişi aydın şəkildə hiss olunur. 1934-cü ildən fəaliyyət göstərən bağda dünyanın müxtəlif botaniki-coğrafi ərazilərindən introduksiya edilmiş bitkilərin, o cümlədən Qafqaz və Azərbaycan florasına məxsus nadir və nəsli kəsilməkdə olan bir sıra qiymətli ağac, kol, ot bitkilərinin geniş kolleksiyası mövcuddur. Hazırda payızın rəngləri ilə bəzənən Nəbatat Bağı həm gəzinti, həm də müşahidə üçün əlverişli məkana çevrilib. 

Digər fotolar
arrow-up