Kateqoriyalar
Sırala
ID 0129839

DMX-də keçirilən "Yüksəkixtisaslı miqrant portalı"nın təqdimatı

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin (DMX) "Yüksəkixtisaslı miqrant portalı"nın təqdimat mərasimi keçirilib. Tədbirdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov yüksəkixtisaslı miqrant proqramının icrası, məqsədləri və portalın mahiyyəti, əhəmiyyəti barədə açılış nitqi ilə çıxış edib. Daha sonra DMX-nin məsul vəzifəli şəxsi tərəfindən portal, müraciət forması və tələb olunan sənədlər barədə geniş məlumat verilib. Tədbir iştirakçılarının sualları cavablandırılıb. Portalın təqdimat mərasimində aidiyyəti dövlət orqanlarının, işəgötürənlərin, ölkəmizdə fəaliyyət göstərən nüfuzlu şirkətlərin, ali təhsil müəssisələrinin nümayəndələri, Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin, həmçinin DMX yanında Məşvərət Şurasının, İctimai Şuranın və Miqrant Şurasının üzvləri iştirak ediblər.

Digər fotolar
arrow-up