Kateqoriyalar
Sırala
ID 0129848

İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin Bakı ofisinin açılışı

ABŞ-nin İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin Bakı ofisinin açılışı olub. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə, "On İki Həvari Kvorumu"nun üzvü Deyvid Bednar, Yetmişlər Komitəsinin üzvü və Avropa Mərkəzi Ərazi İdarəsinin birinci məsləhətçisi Cek Gerard, Stirlinq Fondunun prezidenti və İdarə Heyətinin sədri Mayls Hansen və Yetmişlər Komitəsinin Mərkəzi Avropa və Avrasiya üzrə kvorumunun üzvü Pol Pikard iştirak ediblər. İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsi Azərbaycanda 2024-cü ildə rəsmi qeydiyyatdan keçib. Kilsə xristian köklərinə əsaslanan, lakin bəzi doktrinal xüsusiyyətlərinə görə ənənəvi xristian məzhəblərindən fərqlənən dini mərkəzdir.

Digər fotolar
arrow-up