Kateqoriyalar
Sırala
ID 0129978

14 Noyabr - Ümumdünya Diabet Günü

14 Noyabr Ümumdünya Diabet Günü kimi qeyd olunur. Bu günün tarixi insulini kəşf edən kanadalı həkim Frederik Bantinqin doğum günü ilə bağlıdır. 1921-ci ildə Bantinq tərəfindən kəşf edilən insulin milyonlarla insanın, o cümlədən minlərlə uşağın həyatını xilas edib və bu gün də diabetlə yaşayanlar üçün həyati əhəmiyyət daşıyır. Azərbaycanda endokrin xəstəliklərin diaqnostikası, müalicəsi və profilaktikası üzrə ixtisaslaşmış Respublika Endokrinoloji Mərkəz uzun illərdir əhaliyə bu sahədə tibbi xidmət göstərir. Mərkəz şəkərli diabet, qalxanabənzər vəzin xəstəlikləri, böyrəküstü vəz və hipofiz pozuntuları, eləcə də metabolik xəstəliklərin vaxtında aşkarlanması və düzgün müalicəsi istiqamətində xidmətlər təklif edir. Qurumun əsas məqsədləri arasında endokrin xəstəliklərin erkən mərhələdə aşkar edilməsi, pasiyentlərin davamlı nəzarətdə saxlanılması, yeni müalicə protokollarının tətbiqi və maarifləndirmə tədbirlərinin təşkil edilməsi yer alır.

Teqlər
Digər fotolar
arrow-up