Kateqoriyalar
Sırala
ID 0130012

Sumqayıtın İnşaatçılar qəsəbəsində yerləşən baxımsız mədəniyyət evi

Vaxtilə konsert və müxtəlif tədbirlərin keçirildiyi Sumqayıtın İnşaatçılar qəsəbəsində yerləşən mədəniyyət evi hazırda baxımsız vəziyyətdədir. Binanın divarları çatlayıb, tavanda su sızması müşahidə olunur, istilik sistemi isə fəaliyyət göstərmir. Eyni zamanda, burada pəncərələrin şüşələri sınıb, qapılar çürüyüb, otaqlarda isə rütubət hökm sürür. Qəsəbə sakinlərinin sözlərinə görə, 1990-cı illərə qədər mədəniyyət mərkəzində müxtəlif dərnəklər fəaliyyət göstərib. Abşeron–Xızı Regional Mədəniyyət İdarəsinin balansında olan bu bina uzun müddətdir ki, əsaslı təmirə ehtiyac duyur.

Digər fotolar
arrow-up