Kateqoriyalar
Sırala
ID 0130208

Beynəlxalq STEAM Azərbaycan Festivalının açılış mərasimi

Bakıda Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Beynəlxalq STEAM Azərbaycan Festivalının (SAF 2025) açılış mərasimi keçirilib. Festivalın keçirilməsində əsas məqsəd STEAM əsaslı tədrisin təşviqi, təhsilalanlar arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı təhsilalanların aşkara çıxarılması, eləcə də STEAM əsaslı yanaşmanın tətbiqi ilə səmərəli istifadəyə dair innovativ həll və layihələrin hazırlanmasının təşviq edilməsidir. Bu il festival ən çox yarış kateqoriyası və iştirakçısı ilə fərqlənir. Çilov adasında yerləşən 131 nömrəli orta məktəbdə Elm və Təhsil Nazirliyinin əmri ilə və SOCAR-ın dəstəyi ilə STEAM layihələrinin tətbiqinə başlanılıb. Məktəb avadanlıqla tam təchiz olunub və təlimçilər helikopterlə adaya ezam olunub. 
 

Teqlər
Digər fotolar
arrow-up