Kateqoriyalar
Sırala
ID 0130409

Bakıda keçirilən IX Beynəlxalq Bankçılıq Forumu

Bakıda IX Beynəlxalq Bankçılıq Forumu ("IBF-2025") start götürüb. İki gün davam edəcək tədbir "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin "Mastercard" beynəlxalq kart təşkilatı ilə əməkdaşlığı çərçivəsində Azərbaycan Mərkəzi Bankının, eləcə də İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin dəstəyi ilə keçirilir. Forumun əsas mövzusu "Etibarlı, təhlükəsiz və dayanıqlı bankçılıq"dır. Bununla yanaşı, tədbir "Süni İntellekt (Sİ) qlobal bankçılığı transformasiya edir", "Yerli banklar növbəti böyümə dalğasını necə formalaşdırır", "Risklərin və tənzimləmənin təkamülü", "Ağıllı bankçılıq: Sİ agentləri fəaliyyətdə", "Açıq bankçılıq – maliyyə ekosistemində yeni mərhələ", "Rəqəmsal hökumət həlləri və bankçılıq: tərəqqiyə yönəlik tərəfdaşlıq", "Agent kommersiyası", "Ani ödəniş və AZQR Azərbaycanda ödənişlərin gələcəyini necə formalaşdırır", "Bankçılıqda sintetik məlumatın pionerlik istifadəsi", "KYC və digər tapşırıqlar üçün düzgün video həlləriinin seçilməsi", "Datalara əsaslanan qərar vermə" və sair mövzuları da əhatə edir. IBF dövlət qurumları, maliyyə və bank tənzimləyiciləri, kommersiya bankları, fintex şirkətləri, dövlət və özəl müəssisələr, eləcə də tanınmış maliyyə təşkilatlarının baş direktorlarını, yüksək rütbəli rəhbərləri və əsas qərar qəbul edən şəxsləri bir araya gətirir.

Teqlər
Digər fotolar
arrow-up