Kateqoriyalar
Sırala
ID 0130532

Bakı Beynəlxalq Avtovağzal Kompleksi

2009-cu ildən fəaliyyət göstərən Bakı Beynəlxalq Avtovağzal Kompleksi 232 490 kvadrat metrə yaxın ərazini əhatə edir. Burada bilet satışı məntəqəsi, gözləmə zalları, açıq və qapalı parkinq, “Avtovağzal” metro stansiyası, Ticarət Mərkəzi, otel, yanacaqdoldurma məntəqəsi, telekommunikasiya, poçt xidmətləri ilə yanaşı, maliyyə, eləcə də aviabilet satışı və turizm xidmətləri həyata keçirən yeni “Şəbəkə” xidmət mərkəzi fəaliyyət göstərir. 2019-cu ilin aprel ayından isə “Nəqliyyat Qovşağı” sərnişinlərin ixtiyarına verilib. Qovşaqda minik avtomobilləri, beynəlxalq, müntəzəm və qeyri-müntəzəm ictimai nəqliyyat vasitələri vahid məkanda yerləşdirilib. Burada gözləmə zalları, dispetçer və məlumat mərkəzi, polis məntəqəsi, parkinq, ictimai-iaşə obyektləri sərnişinlərin istifadəsinə verilib.

Teqlər
Digər fotolar
arrow-up