Kateqoriyalar
Sırala
ID 0130663

Şəbəkə ənənəsini yaşadan Hüseyn Hacımustafazadə

Dekorativ sənət növlərindən olan şəbəkə Azərbaycanın mədəniyyət və incəsənət tarixində xüsusi yer tutur. Bu sənət növü, əsasən, ağac materialı üzərində mürəkkəb həndəsi naxışlarla işlənmiş pəncərə, qapı, divar və digər dekorativ elementlərin hazırlanmasını əhatə edir. Şəbəkə sənəti yalnız ustalıq deyil, eyni zamanda riyazi düşüncə, zövq və səbir tələb edir. XVIII əsrə aid olan Şəki Xan Sarayı bu sənətin nadir nümunəsi kimi hələ də öz əhəmiyyətini qoruyub saxlayır. Əslərdir davam edən şəbəkə ənənəsini yaşadan usta Hüseyn Hacımustafazadə 30 ildən çoxdur ki, bu sənətlə məşğuldur. Böyüyüb boya-başa çatdığı ev Şəki Xan Sarayının yaxınlığında yerləşdiyi üçün onun şəbəkə sənətinə marağı hələ uşaq yaşlarından yaranıb. Bəzi ustalar bu sənəti klassik ənənələri qoruyaraq davam etdirsələr də, Hüseyn Hacımustafazadə şəbəkə sənətinə özünəməxsus yeniliklər gətirib. 2002-ci ildə Şəki Xan Sarayının bərpasında iştirak edən usta qeyd edir ki, əsrlər boyu düz lövhə şəklində işlənən şəbəkəni kürə formasında hazırlamaqla bu sənətə öz imzasını qoyub. 

Digər fotolar
arrow-up