Türk Dövlətləri Təşkilatı ölkələrinin qeyri-hökumət təşkilatlarının həmrəylik forumu
Bakıda ilk dəfə Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumu keçirilir. Forumda Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Respublikasından 500 nəfərdən çox vətəndaş cəmiyyəti təmsilçisi iştirak edir. Bu gün işə başlayacaq forum çərçivəsində 2 panel müzakirəsi keçiriləcək. "Zəngəzur dəhlizi: türk coğrafiyasını birləşdirən körpü" adlı paneldə Zəngəzur dəhlizinin açılmasından sonrakı yeni vəziyyətə hazırlıq, bu istiqamətdə Türk dünyasının vətəndaş cəmiyyəti təsisatlarının təşəbbüsləri müzakirə olunacaq. İkinci panel isə "Azərbaycan-Qazaxıstan QHT-lərinin I Əməkdaşlıq Forumu" olacaq.
Digər fotolar
