Kateqoriyalar
Sırala
ID 0130926

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə təşkil olunan mediatur

Noyabrın 28-də Dövlət Gömrük Komitəsi tərəfindən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə mediatur təşkil olunub. Tədbir gömrük sistemində reallaşdırılan islahatlar, tətbiq edilən yeniliklər və təkmilləşdirilmələr, həmçinin hava nəqliyyatında gömrük işinin təşkili ilə bağlı media nümayəndələrinin məlumatlandırılması məqsədilə keçirilib. Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin inzibati binasında keçirilən brifinqdə hava nəqliyyatında gömrük işinin təşkili, spesifik xüsusiyyətləri, gömrük postları və digər məsələlərlə bağlı məlumat verilib. Daha sonra media nümayəndələri Heydər Əliyev Beynəlxalq Hava Limanında gömrük işinin təşkilini əyani şəkildə izləyiblər. Bakı Karqo Terminalında mallar üzərində gömrük nəzarətinin və rəsmiləşdirilmə proseslərinin təşkili, həmçinin poçt göndərişləri vasitəsilə daşınan bağlamaların gömrük nəzarətindən keçirilməsi ilə bağlı məlumat verilib.

Digər fotolar
arrow-up