Kateqoriyalar
Sırala
ID 0131134

Gəncənin qeyri-adi memarlıq nümunələrindən biri olan "Butulka ev"

Gəncə şəhərində Hüseyn Cavid küçəsi ilə Qəmbər Hüseynli küçəsinin kəsişməsində yerləşən bu nadir tikili iki mərtəbədən ibarət yaşayış binasıdır. Qeyri-adi görünüşü ilə diqqət çəkən ev 1966-1967-ci illərdə yerli sakin İbrahim Cəfərov tərəfindən İkinci Dünya Müharibəsində itkin düşən qardaşı Yusif Cəfərovun xatirəsinə inşa edilib. Tikilinin hazırlanmasında 48.000 şüşə butulka və müxtəlif rəngli daşlardan istifadə olunub. Gəncə sakinlərinin məlumatına görə binanın tikintisində istifadə olunan butulkalar memarın yaşadığı ağır itkisindən sonra içkiyə qurşandığı müddətdə topladığı şüşə qablardan ərsəyə gəlib. Hətta ustanın butulkalardan ev tikdiyini eşidən qonşular, qohumlar da evlərində olan şüşələri usta İbrahimin həyətinə aparır, evin tikintisinə kömək eləyirlər. Evin üzərində "Gəncə", evin inşa olunma tarixi, memarın və qardaşının portretləri yer alır. Azərbaycanın nadir memarlıq incilərindən olan bu tikili həm yaradıcılıq simvolu, həm də xatirə abidəsi sayılır.

Digər fotolar
arrow-up