Kateqoriyalar
Sırala
ID 0131160

1 dekabr - Ümumdünya QİÇS-lə Mübarizə Günü

Hər il dekabrın 1-i dünyada QİÇS-lə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) Mübarizə Günü kimi qeyd edilir. İİV virusunun artım sürəti təqvimdə onunla əlaqədar beynəlxalq günün ayrılmasına səbəb olub. Həmin gün QİÇS epidemiyası haqqında, onun bəşəriyyət üçün doğurduğu fəlakətin miqyası, XX əsrin vəbası hesab olunan infeksiyanın XXI əsrə adlayaraq təhlükə törətməsi barədə danışılır. Bu baxımdan Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzi (RQMM) Azərbaycanda İİV-infeksiyası üzərində epidemioloji nəzarətin aparılmasını təmin edir və ölkədə İİV-ə müayinə olunmuş şəxslər haqqında məlumatın toplanılması və təhlili, İİV-ə yoluxmuş insanların aşkar olunması və qeydiyyata alınması, eləcə də İİV-infeksiyasının yayılma tendensiyalarının müəyyənləşdirilməsi istiqamətində fəaliyyət göstərir. Bununla yanaşı, İİV-infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə profilaktik və əksepidemik tədbirlər həyata keçirir.

Teqlər
Digər fotolar
arrow-up