Kateqoriyalar
Sırala
ID 0131588

5 dekabr – Beynəlxalq Könüllülər Günü

Hər il dekabrın 5-i dünyada Beynəlxalq Könüllülər Günü kimi qeyd olunur. BMT Baş Məclisi 1985-ci ildə hər il dekabrın 5-nin Beynəlxalq Könüllülər Günü kimi qeyd olunması barədə qətnamə qəbul edib. Könüllülük öz iradəsi və sərbəst seçimi əsasında heç bir maddi qazanca əsaslanmayan və cəmiyyətin rifahının daha da yaxşılaşdırılmasını qarşıya məqsəd qoyan sosial fəaliyyət istiqamətidir. 2009-cu ildə Azərbaycan Respublikasının Milli Məclisinin “Könüllü fəaliyyət haqqında” Qanun qəbul etməsi ölkəmizdə də könüllülük fəaliyyətinin inkişafında təkanverici rol oynadı. Qanununa  müvafiq  olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət” mərkəzləri yarandığı ilk gündən könüllülük fəaliyyəti həyata keçirilir. Könüllülər “ASAN xidmət” mərkəzlərində vətəndaşların qarşılanması, yönləndirilməsi, məlumatlandırılması və xidmət prosesində onlara müxtəlif dəstək funksiyalarının göstərilməsi ilə məşğul olurlar. 

Digər fotolar
arrow-up