Kateqoriyalar
Sırala
ID 0131950

"Qarabağın dirçəlişi: Azərbaycan intibahının hekayəsi" kitabının təqdimat mərasimi

Dekabrın 8-i Qarabağ Dirçəliş Fondunun sifarişi ilə hazırlanan "Qarabağın dirçəlişi: Azərbaycan intibahının hekayəsi" kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, Vətən uğrunda canlarını fəda edən şəhidlərimizin ailə üzvləri, Qarabağ müharibəsi iştirakçıları, fondun donor və tərəfdaşları, eləcə də ölkənin ictimai-mədəni həyatında önəmli rolu olan şəxslər və media nümayəndələri iştirak ediblər. İlk olaraq Dövlət Himni səsləndirilib, daha sonra Vətənin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Açılış nitqi ilə çıxış edən fondun İdarə Heyətinin sədri Rəhman Hacıyev "Qarabağın dirçəlişi: Azərbaycan intibahının hekayəsi" kitabının əhəmiyyəti və hazırlanma prosesi ilə bağlı geniş məlumat verib. Tədbirdə çıxış edən digər natiqlər də kitabın əhəmiyyətini qeyd etməklə yanaşı, onun Qarabağda baş verən hadisələrlə bağlı həqiqətlərin, eyni zamanda, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilən ərazilərdə aparılan bərpa və yenidənqurma işlərinin və ölkəmizin regionda davamlı sülhün bərqərar olunması istiqamətində səylərinin beynəlxalq auditoriyaya çatdırılmasına böyük töhfə verəcəyinə əminliklərini ifadə ediblər.

Digər fotolar
arrow-up