Kateqoriyalar
Sırala
ID 0131988

Ceyhun Bayramov və Seyid Abbas Əraqçının birgə mətbuat konfransı

Dekabrın 8-i Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov (sağ) və İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçının (sol) birgə mətbuat konfransı keçirilib. Konfrans çərçivəsində Azərbaycanla İran arasında əlaqələrin güclənməsi, hər iki ölkə arasındakı dostluq, əməkdaşlıq və qardaşlıq münasibətləri, ticarət əlaqələrinin artırılması istiqamətində müzakirələr aparılıb. Xarici işlər naziri Ceyhun Bayramov bu gün keçirilən görüşlər zamanı beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan–İran münasibətlərinə diqqətlə nəzər salındığını qeyd edib. Nazir bildirib ki, Azərbaycanla İran arasında hava əlaqəsinin genişləndirilməsi istiqamətində müzakirələr aparılır. Həmçinin İran xarici işlər naziri Seyid Abbas Əraqçı ölkələrarası əlaqələri daha da inkişaf etdirmək, Şimal–Cənub və digər nəqliyyat dəhlizlərini gücləndirməyin planlaşdırıldığını vurğulayıb.

Digər fotolar
arrow-up