Kateqoriyalar
Sırala
ID 0132104

Bakıda keçirilən "Sənaye Təhlükəsizliyi Zirvəsi 2025" tədbiri

Fövqəladə Hallar Nazirliyi (FHN), Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası” İctimai Birliyinin (AISA) birgə təşkilatçılığı ilə “Dönüş nöqtəsi” şüarı altında “Sənaye Təhlükəsizliyi Zirvəsi 2025” adlı tədbir keçirilib. Zirvə toplantısının keçirilməsində əsas məqsəd sənaye təhlükəsizliyi, texnoloji yeniliklər, iqlim dəyişikliyi və sosial transformasiyalar fonunda formalaşan yeni yanaşmalar, innovasiyalar və qlobal təcrübələrin müzakirəsi üçün strateji platforma rolunu oynamaqdır. Tədbir çərçivəsində Fövqəladə Hallar Nazirliyinin Dağ-mədən Nəzarəti Dövlət Agentliyi, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası İctimai Birliyi arasında Anlaşma Memorandumu imzalanıb. Sənəd sənayedə təhlükəsizlik, əməyin mühafizəsi və ətraf mühitin qorunması sahəsində birgə əməkdaşlığa istiqamətlənib.

Digər fotolar
arrow-up