Kateqoriyalar
Sırala
ID 0132138

UEFA Çempionlar Liqası: "Qarabağ" - "Ayaks" oyunu

"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunda Niderlandın "Ayaks" klubu ilə üz-üzə gəlib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda hesabı "Qarabağ" komandası açıb. 10-cu dəqiqədə Kamilo Duran fərqlənib. Oyunun 39-cu dəqiqəsində Kasper Dolberq hesabı bərabərləşdirib. 47-ci dəqiqədə Mateus Silva fərqlənərək Ağdam təmsilçisini yenidən hesabda önə çıxarıb. Matçın 79-cu dəqiqəsində "Ayaks" komandası hesabı bərabərləşdirib. Qonaqlar oyunun 83-cü dəqiqəsində fərqlənərək hesabda önə çıxıblar. Matçın 90-cı dəqiqəsində Niderland təmsilçisi topu yenidən "Qarabağ"ın qapısından keçirib. Oyun "Ayaks" komandasının 2:4 hesablı qələbəsi ilə başa çatıb. 

Digər fotolar
arrow-up