Kateqoriyalar
Sırala
ID 0132202

Neft milyonçusu Ağa Musa Nağıyevin tikdirdiyi dəbdəbəli “İsmailiyyə” binası

Hazırda AMEA Rəyasət Heyətinin yerləşdiyi “İsmailiyyə” binasını 1908-1913-cü illərdə neft milyonçusu Ağa Musa Nağıyev tikdirib. İndiki İstiqlaliyyət küçəsində yerləşən binanın layihə müəllifi İosif Ploşkodur. Ağa Musa Nağıyev oğlunun xatirəsini əbədiləşdirmək üçün Müsəlman Xeyriyyə Cəmiyyətinə bina tikdirmək qərarına gəlir və polşalı memar İ.Ploşkoya müvafiq tapşırıq verir. Memar Venesiya saraylarının üslubunda işlədiyi layihəsini Nağıyevə göstərir və layihə bəyənilir. 1908-ci ildə binanın tikintisinə başlanılır və 1913-cü ildə başa çatır. Milyonçu vaxtsız vəfat edən oğlu İsmayılın şərəfinə Venesiya qotikası üslubunda tikilən sarayı “İsmailiyyə” adlandırır. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra sarayın yararsız olması səbəb gətirilərək sökülməsinə qərar verilir. Lakin yerli əhalinin etirazları ilə 1923-cü ildə binanın bərpasına başlanılır. Sarayın ümumi plan layihəsi olduğu kimi saxlanılsa da, fasadında bəzi dəyişikliklər edilir. Müxtəlif təşkilatların istifadəsində olan binada 1945-ci ildən Azərbaycan SSR Elmlər Akademiyası yerləşib, hazırda isə AMEA Rəyasət Heyəti fəaliyyət göstərir.

Digər fotolar
arrow-up