Kateqoriyalar
Sırala
ID 0132305

Ali Mələk Mikayıl kilsəsində pravoslavların keçirdikləri dini ayin

Bakı şəhərində yerləşən ən qədim kilsələrdən biri olan Ali Mələk Mikayıl kilsəsi XIX əsrin 40-cı illərində inşa edilib. Məbəd Bakı yeparxiyasının tabeliyində olan rus pravoslav kilsəsidir. Yarandığı gündən Xəzər donanmasının sərəncamında olduğu üçün “donanma kilsəsi” adlandırılıb və xalq arasında hələ də bu formada tanınır. Pskov memarlıq üslubunda inşa edilmiş tikili dəniz gəmisi göyərtəsini xatırladan interyeri ilə seçilir. Kompleksdə Apostol Varfolomeyin adı verilmiş aşağı kilsə də mövcuddur. 2020-2021-ci illərdə Ali Mələk Mikayıl kilsəsi tamamilə yenidən qurularaq bərpa edilib. Məbəddə müntəzəm olaraq dini ayin və ibadətlər keçirilir. 

Teqlər
Digər fotolar
arrow-up