Kateqoriyalar
Sırala
ID 0132472

Dənizkənarı Milli Park ərazisində fəaliyyət göstərən avtoqatarlar

Dənizkənarı Milli Park ərazisində fəaliyyət göstərən avtoqatarlar ziyarətçilər üçün Bakı bulvarı boyunca rahat, təhlükəsiz və qısa müddətli gəzinti imkanı yaradır. 2023-cü ildən istifadəyə verilən avtoqatarlar hazırda Dəniz Mall, Kiçik Venesiya, Kukla Teatrı, Kaktus bağı, Park Bulvar və Dəniz Vağzalı dayanacaqları üzrə xidmət göstərir. Gəzinti orta hesabla 20–25 dəqiqə davam edir və bu müddət ərzində paytaxtın sahil zolağını fərqli rakurslardan seyr etmək mümkündür. Bu il interyer və eksteryerində yenilənmə və əsaslı təmir işləri aparılan avtoqatarlar həm şəhər sakinləri, həm də turistlər üçün rahat və maraqlı istirahət alternatividir.

Teqlər
Digər fotolar
arrow-up