Ümummilli Lider Heydər Əliyevin anım mərasimi
Ulu Öndər Heydər Əliyevin vəfatının 22-ci ildönümü ilə əlaqədar olaraq dövlət və hökumət rəsmiləri Fəxri xiyabanı ziyarət ediblər. Onların arasında Milli Məclisin sədri Sahibə Qafarova, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev və deputatlar olub. Ziyarətdə ziyalılar, ictimai xadimlər, dövlət qulluqçuları, gənclər, Azərbaycanın müxtəlif rayon və şəhərlərindən gələn sadə vətəndaşlar da iştirak ediblər. Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarı önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla yad edilib.
Digər fotolar
