Kateqoriyalar
Sırala
ID 0133034

“Elm və təhsil obyektivdə" foto-video müsabiqəsinin mükafatlandırma mərasimi

Dekabrın 17-də Elm və Təhsil Nazirliyi tərəfindən təşkil olunan “Elm və təhsil obyektivdə” foto-video müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Bakı Fotoqrafiya Evində baş tutan tədbirdə Elm və Təhsil Nazirliyinin, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının rəsmiləri, millət vəkilləri, müsabiqənin münsiflər heyətinin üzvləri, media qurumlarının rəhbərləri, müsabiqə iştirakçıları və digər qonaqlar iştirak ediblər. Tədbirdən öncə müsabiqə çərçivəsində seçilmiş foto və video işlərdən ibarət sərgi ilə tanışlıq olub. Foto və video məzmun olmaqla iki kateqoriya üzrə keçirilən müsabiqədə peşəkar və həvəskar vizual məzmun yaradıcıları, foto-müxbirlər və media nümayəndələri iştirak ediblər. Müsabiqəyə ümumilikdə 100-ə yaxın müraciət daxil olub, 245 iş qəbul edilib. Foto kateqoriyası üzrə ilk üç yerin qaliblərinə diplomlar, ən yaxşı beş işin müəlliflərinə isə həvəsləndirici sertifikatlar təqdim olunub. Video kateqoriyası üzrə ilk üç yerin qalibləri diplomlarla təltif edilib. 

Digər fotolar
arrow-up