Kateqoriyalar
Sırala
ID 0133244

Qadın moto klubunun prezidenti Sevil Həsənova

Qadın moto klubunun prezidenti Sevil Həsənova ağır atletika üzrə ikiqat dünya çempionu, keçmiş peşəkar idmançıdır. O, bu gün rəhbərlik etdiyi moto klub vasitəsilə motosiklet həvəskarı olan qadınları bir araya gətirməyi əsas məqsəd kimi qarşısına qoyub. Sevil Həsənovanın fikrincə, motosiklet sadəcə nəqliyyat vasitəsi deyil, eyni zamanda insanı ruhən gücləndirən, depressiyadan uzaqlaşdıran həyat tərzidir. Onun sözlərinə görə, motosiklet sürmək adrenalin hissini artırmaqla yanaşı, psixoloji duruma da müsbət təsir göstərir, insanın özünə inamını möhkəmləndirir. O, motosiklet idarə etməyi xüsusi dərslər vasitəsilə qısa müddətdə öyrəndiyini qeyd edərək, bu sahəyə maraq göstərən qadınların da çəkinmədən ilk addımı ata biləcəyini bildirir. 

Digər fotolar
arrow-up