Kateqoriyalar
Sırala
ID 0133267

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru Yusif Eyvazov

Xalq artisti, dünyaşöhrətli dramatik tenor, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru Yusif Eyvazov 1977-ci ildə ziyalı ailəsində anadan olub. O, 1996-cı ildə Bakı Musiqi Akademiyasına daxil olub, daha sonra təhsilini davam etdirmək məqsədilə 1998-ci ildə İtaliyaya gedib. Burada Franko Korelli, Luçano Pavarotti, Maqda Oliveri, Plaçido Dominqodan ustad dərsləri alıb. Yusif Eyvazov Kapriolo, Montanyana və Milan vokal müsabiqələrinin finalçısı və qalibi olub. 2017-ci ildə Azərbaycanın Əməkdar artisti, 1 il sonra isə Azərbaycanın Xalq artisti fəxri adına layiq görülüb. 2023-cü ildən etibarən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru kimi fəaliyyət göstərir.

Digər fotolar
arrow-up