Kateqoriyalar
Sırala
ID 0133652

Azərbaycanda cəzaçəkmə müəssislərində amnistiya aktının icrasına başlanılıb

Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən amnistiya aktı yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulan penitensiar müəssisədə icra olunub. Cəzaçəkmə müəssisəsindən 3 nəfər azadlığa buraxılıb. Amnistiya aktına əsasən, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19–20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslərin, eləcə də bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarının, Ermənistanın mülki əhaliyə qarşı hərbi təxribatı nəticəsində əlil olmuş şəxslərin, habelə qadınların, 60 yaşına çatmış şəxslərin, cinayət törədərkən yetkinlik yaşına çatmayanların və digər şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilmələri nəzərdə tutulur.

Digər fotolar
arrow-up