Kateqoriyalar
Sırala
ID 0133920

19 yaşlı bəstəkar Yaşar Araz

19 yaşlı Yaşar Araz müasir Azərbaycan musiqisində inamla addımlayan gənc bəstəkardır. Onun qələmə aldığı mahnılar Miri Yusif və Fariz İlyas kimi tanınmış estrada ifaçıları tərəfindən səsləndirilir. Musiqiyə marağı yeniyetməlik dövründə formalaşsa da, Yaşar dəqiq elmlərə xüsusi maraq göstərib. O, kimya-biologiya liseyində təhsil alıb, hazırda isə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində oxuyur. Uşaqlıqda cərrah olmağı arzulayan gənc musiqiçi zamanla yaradıcılığın həyatında əsas yer tutduğunu anlayıb. Yaşar Araz hazırda BDU-nun Mədəni Yaradıcılıq Mərkəzinin xor kollektivində tenor-solist kimi çıxış edir. Gələcək planları arasında musiqi təhsilini davam etdirərək konservatoriyada vokal sənəti üzrə təhsil almaq yer alır.

Digər fotolar
arrow-up