Kateqoriyalar
Sırala
ID 0133977

Çinin Azərbaycandakı səfiri Lu Meyin mətbuat konfransı

Çinin Azərbaycandakı səfiri Lu Meyin Çin və Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişafının yekunlarına həsr olunan mətbuat konfransı keçirilib. Səfir qeyd edib ki, Çin Azərbaycanla çoxtərəfli əməkdaşlığı bundan sonra da möhkəmləndirməyə hazırdır. O, hər iki ölkənin Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və Birləşmiş Millətlər Təşkilatı (BMT) kimi beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq və qarşılıqlı dəstəyi davam etdirdiyini bildirib. Onun sözlərinə görə, Heydər Əliyev Fondu vasitəsilə Çin tərəfi Bakının Xəzər rayonundakı iki uşaq evinə Çin istehsalı olan elektron avadanlıq təqdim edib. Lu Mey həmçinin xatırladıb ki, bu ilin noyabrında o, Naxçıvan Muxtar Respublikasında Çin tərəfindən maliyyələşdirilən distant təhsil avadanlıqlarının təhvil verilməsi mərasimində iştirak edib. Layihə çərçivəsində Naxçıvanın 216 məktəbinə avadanlıq verilib ki, bu da yerli məktəblilərin təhsil şəraitini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb.

Digər fotolar
arrow-up