Kateqoriyalar
Sırala
ID 0134485

Ceyhun Bayramovun ilin yekunlarına dair mətbuat konfransı

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına dair mətbuat konfransı keçirib. Nazir tədbirdə bildirib ki, 2025-ci ildə Azərbaycan Prezidentinin rəhbərliyi altında həyata keçirilmiş xarici siyasət çox zəngin olub. Azərbaycan beynəlxalq müstəvidə mövqeyini gücləndirib və diplomatik təmsilçiliyini genişləndirib. O, həmçinin Azərbaycan tərəfindən beynəlxalq sülh və sabitliyin təşviqi, beynəlxalq iqtisadi əməkdaşlıq və vasitəçilik səylərinin ölkənin nüfuzunun daha da güclənməsinə töhfə verdiyini qeyd edib. Ceyhun Bayramovun sözlərinə görə, Azərbaycanla Avropa İttifaqı arasında qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq istiqamətində müsbət dinamika müşahidə olunub və hazırda yeni saziş üzrə iş aparılır. 

Teqlər
Digər fotolar
arrow-up