Kateqoriyalar
Sırala
ID 0134591

"Vəkil Günü" peşə bayramı münasibətilə keçirilən andiçmə və təltifolunma mərasimi

Vəkillər Kollegiyasının (VK) üzvlüyünə yeni qəbul olunan vəkillərin andiçmə və peşə fəaliyyəti dövründə fərqlənənlərin təltifolunma mərasimi keçirilib. Tədbir hər il dekabrın 28-də Azərbaycanda "Vəkil Günü" kimi qeyd edilən peşə bayramına həsr olunub. Mərasimdə Vəkillər Kollegiyasının rəhbərliyi ilə yanaşı, Baş prokuror Kamran Əliyev, Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov, Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Hüquqi xidmətlərin göstərilməsi məsələləri sektorunun müdiri Həsən Bağırov, vəkil qurumlarının rəhbərləri, hüquq müdafiəçiləri, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər. Tədbirdə rəsmi çıxışlarından sonra VK üzvlüyünə yeni qəbul olunan vəkillərin andiçmə mərasimi baş tutub. Sonda yeni vəkillərə vəsiqələri təqdim edilib və təltifolunma mərasimi baş tutub.

Digər fotolar
arrow-up