Kateqoriyalar
Sırala
ID 0134601

28 dekabr - “Vəkil günü” peşə bayramı

Hər il dekabrın 28-i Azərbaycanda “Vəkil günü” peşə bayramı kimi qeyd edilir. Azərbaycan Respublikasının Vəkillər Kollegiyası 13 noyabr 1980-ci ildə təsis edilmiş Vəkillər Kollegiyasının hüquqi varisidir. Hazırda ölkə ərazisində fəaliyyət göstərən Vəkillər Kollegiyası üzvlərinin sayı 2770 nəfər təşkil edir. Bu üzvlərdən biri də 1993-ci ildən vəkillik fəaliyyəti ilə məşğul olan Kamandar Nəsibovdur. Öz sahəsi ilə bağlı orijinal kolleksiyaya sahib olan Kamandar Nəsibov dünyanın bir çox ölkəsindən hakim, prokuror və vəkillərin mantiyalarını toplayıb. 2019-cu ildən bu maraqlı kolleksiyanı yığmağa başlayan vəkil Amerikadan Asiyaya, Afrikadan Avropaya qədər müxtəlif qitələrdən topladığı 100-dən çox cübbəni muzeyə çevirdiyi bürosunda sərgiləyir. Onun arzusu bütün dünya ölkələrinə məxsus mantiyaları şəxsi kolleksiyasına daxil etməkdir. 

Digər fotolar
arrow-up