Kateqoriyalar
Sırala
ID 0134630

29 dekabr - “ASAN xidmət” işçilərinin peşə bayramı günü

Hər il dekabrın 29-u Azərbaycanda “ASAN xidmət” işçilərinin peşə bayramı günü kimi qeyd edilir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2012-ci ildə yaradılan “ASAN xidmət” mərkəzləri dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini təmin edən qurumlardır. Bu mərkəzlər dövlət qulluqçularının fəaliyyətində vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində yeni yanaşmanın formalaşdırılmasına, ölkədə dövlət qulluqçusu - vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə xidmət edir. “ASAN xidmət” mərkəzlərinin yaradılmasında məqsəd vətəndaşların əlavə xərclərinin və vaxt itkisinin azalması, vətəndaşlara münasibətdə etik qaydalara, nəzakətli davranışa əməl edilməsinə nail olunması, şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, elektron xidmətlərdən daha geniş istifadə olunması, bu sahədə aparılan institusional islahatların səmərəliliyinin artırılmasıdır. 

Digər fotolar
arrow-up