Kateqoriyalar
Sırala
ID 0134667

20 yaşlı animator Valeriya Lisinskaya

20 yaşlı animator Valeriya Lisinskaya Xarici Dillər Universitetində təhsil alır. Hələ uşaq yaşlarından rəsm çəkməyə, hekayə və səhnəciklər hazırlamağa marağı olan Valeriya üçün incəsənət xüsusi yerə sahibdir. Onun sözlərinə görə, bu peşədə ən çətin məqam insanlarla daimi ünsiyyətdir. O, sifarişləri birbaşa özü qəbul etdiyi üçün valideynlərlə əlaqə saxlayır, sualları cavablandırır və hər detalı razılaşdırır. Valeriya vurğulayır ki, uşaqlarla işləmək valideynlərlə işləməkdən daha asandır, çünki valideynlər övladları üçün hər şeyə həssas yanaşırlar. Xüsusilə bayram mövsümündə sifarişlərinin daha çox olduğunu bildirən gənc animator bütün çətinliklərə baxmayaraq işini sevgi ilə gördüyünü qeyd edir.

Digər fotolar
arrow-up