Kateqoriyalar
Sırala
ID 0134686

"Ağ Şəhər"də açılışı olan Zaman meydanı və piyada körpüsü

Dekabrın 29-da "Bakı Ağ Şəhər"də Zaman meydanı və piyada körpüsünün açılışı baş tutub. 8 Noyabr küçəsində yerləşən və 8 min kvadratmetrə yaxın ərazini əhatə edən Zaman meydanı gözəl landşaft və fəvvarələr kompleksi ilə əhatə olunub. Bura incəsənət və mədəniyyət həvəskarlarının məkanına çevrilib. Belə ki, meydanda bir çox yerli və xarici məşhur sənətkarların əsərləri nümayiş olunur. Uzunluğu 234, eni 7-13 metr arasında dəyişən piyada körpüsü isə “Bakı Ağ Şəhər”də piyadaların rahatlığının təmin edilməsində mühüm rol oynayacaq. Piyadalar onun vasitəsilə 8 Noyabr prospektində yerləşən Zaman meydanına, Babək prospektindən Mərkəzi Park rayonuna, Fəvvarələr meydanından isə Ağ Şəhər Bulvarına rahat gedə biləcəklər. Körpüdə quraşdırılan eskalator və liftlər metronun yeni "Ağ Şəhər" stansiyasına keçidi təmin edəcək.
 

Digər fotolar
arrow-up