Kateqoriyalar
Sırala
ID 0134749

Sumqayıt Sənaye Parkının Peşə Təhsil Mərkəzi

Sumqayıt Sənaye Parkının Peşə Təhsil Mərkəzinin açılışı 2020-ci ilin 14 sentyabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə baş tutub. 6 korpusdan ibarət olan Mərkəz 500 nəfər tələbənin təhsil alması üçün nəzərdə tutulub. Korpuslarda 23 tədris otağı, 13 laboratoriya, kitabxana, kompüter otağı, akt zalı, yeməkxana, idman zalı və inzibati otaqlar var. Peşə Təhsil Mərkəzi Sumqayıt Sənaye Parkının ərazisində yaradılmış ilk təhsil müəssisəsidir və sənaye müəssisələrinin tam əhatəsində yerləşir. Təhsil müəssisəsinin tələbələri mütəmadi olaraq bu sənaye müəssisələrində təcrübə-dərs proqramlarında iştirak edir və nəzəri biliklərini praktik əsaslarla təkmilləşdirirlər. Mərkəzdə çalışan müəllimlərin əksəriyyəti bu sənaye müəssisələrinin peşəkar mühəndisləridir. Peşə Təhsil Mərkəzi bir çox sənaye müəssisələri ilə əməkdaşlıq edir. Savadlı və təcrübi dərslərdə fəal olan tələbələrin əməkdaşlıq edilən sənaye müəssisələrində işlə təmin olunması üçün müvafiq tədbirlər görülür.

Digər fotolar
arrow-up