Kateqoriyalar
Sırala
ID 0135000

Yunan-Roma və sərbəst güləş üzrə Azərbaycan çempionatının açılış mərasimi

Yanvarın 8-də Bakı İdman Sarayında güləş üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib. Tədbirdə Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin, eləcə də Azərbaycan Güləş Federasiyasının rəsmiləri və digər qonaqlar iştirak ediblər. Azərbaycan Himni ilə start verilən mərasimdə əvvəlcə rəsmi çıxışlar olub. Daha sonra tədbir bədii hissə ilə davam edib. Yanvarın 7-də start verilən yunan-Roma və sərbəst güləş üzrə ölkə çempionatına ayın 11-də yekun vurulacaq.

Digər fotolar
arrow-up