Mətbuat Şurasının Dil Komissiyasının genişləndirilmiş iclası
Mətbuat Şurasının Dil Komissiyasının genişləndirilmiş iclası keçirilir. Şuranın sədri Rəşad Məcid iclasda qeyd edib ki, Prezident İlham Əliyev AMEA-nın 80 illik yubiley yığıncağında Azərbaycan dili barədə önəmli fikirlər söyləyib və dil daşıyıcıları olaraq bu mesajlar onlar üçün də önəmlidir. Bu baxımdan Mətbuat Şurasının Dil Komissiyası yenidən formalaşdırılıb. Komissiyanın tərkibinin ilkin siyahısından sonra tərkib yenidən genişləndirilib. Belə ki, "525-ci qəzet"in baş redaktor müavini Seyfəddin Hüseynli Dil Komissiyasının sədrinin müavini olub, komissiyanın katibliyinə isə Nadir Yalçın seçilib. Həmçinin televiziya işçiləri - Nərgiz Cəlilova, Vüsalə Məmmədova, Tofiq Hacıyev, Rəhim Heydərov və Tofiq Aydınoğlu komissiyanın üzvlüyünə daxil edilib.
