Kateqoriyalar
Sırala
ID 0135088

Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi

Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi 2020-ci ildə yaradılmış texniki və texnologiya yönümlü dövlət peşə təhsil müəssisəsidir. Mərkəzdə tədris prosesi əsasən praktik bacarıqların formalaşdırılmasına yönəlib, müasir emalatxana, laboratoriya və real iş mühiti əsasında həyata keçirilir. Burada elektrik avadanlıqlarına xidmət və təmir, elektrik xətlərinin quraşdırılması və istismarı, elektronika, alternativ və bərpa olunan enerji, kompüter sistemləri və şəbəkələri, kompüter operatorluğu və informasiya texnologiyaları, həmçinin digər sahələr üzrə 37 ixtisas tədris olunur. Təklif edilən ixtisaslar əmək bazarının aktual tələblərinə uyğun şəkildə formalaşdırılıb. Mərkəz müasir maddi-texniki bazası ilə seçilir. Peşəkar müəllim heyətinin iştirakı ilə təşkil olunan dərslər gənclərin bilik və bacarıqlarını daha da möhkəmləndirir, məzunların əmək bazarına hazır mütəxəssis kimi yetişməsinə imkan yaradır.

Digər fotolar
arrow-up