Kateqoriyalar
Sırala
ID 0135207

Şəhidlər xiyabanında 20 Yanvar faciəsinin ildönümü ilə bağlı aparılan hazırlıq işləri

Bakıda, Şəhidlər xiyabanında 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə bağlı hazırlıq işlərinə başlanılıb. Ənənəvi olaraq faciənin ildönümü ilə əlaqədar xiyabanın girəcəyində hazırlıq işləri aparılır, müxtəlif rəngli güllərdən ibarət kompozisiyalar yaradılır. Bakı Şəhər İcra Hakimiyyətinin qurumları Şəhidlər xiyabanında geniş təmizlik və abadlıq işləri görür, zədələnmiş plitələri dəyişdirir, ağacların budaqları, bəzi kollar budanır, qazon örtüyü yenilənir, yeni güllər və kollar əkilir, işıq dirəkləri rənglənir, səkilər və bütün ərazi yuyulur, xiyabandakı hər iki məşəldə profilaktika aparılır. Hazırlıq işlərinin yanvarın 19-dək başa çatdırılması planlaşdırılır.

Digər fotolar
arrow-up