Kateqoriyalar
Sırala
ID 0135532

Səhiyyə Nazirliyinin Bakı Şəhər Herontoloji Mərkəzi

Səhiyyə Nazirliyinin Bakı Şəhər Herontoloji Mərkəzi 2020-ci ildə “Sağlamlıq sahəsi” poliklinikasının əsasında yaradılıb. Mərkəzin əsas məqsədi heriatrik yaş qrupundakı, yəni 60 yaş və yuxarı xəstələrin dispanserizasiyası və sağlamlığının qorunmasıdır. Burada onlar arasında sanitar-gigiyenik maarifləndirmə aparılır və pasiyentlərə müalicə-məsləhət yardımı göstərilir. Həmçinin vaxtından əvvəl qocalmanın qarşısını almaq məqsədilə heriatrik yaş qrupuna qədər olan xəstələr də müayinə və müalicə olunur.
 

Teqlər
Digər fotolar
arrow-up