20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla anılıb
Qanlı Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar respublikanın şəhər və rayonlarında 20 Yanvar şəhidlərinin əziz xatirəsi yad edilir, faciə ilə bağlı anım tədbirləri keçirilir. Bakı vaxtı ilə saat 12:00-da ölkə ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Nəqliyyatın hərəkəti müvəqqəti dayandırılıb, gəmilərdən və avtomobillərdən siqnallar verilib.
Digər fotolar
