Kateqoriyalar
Sırala
ID 0136070

UEFA Çempionlar Liqası: "Qarabağ" - "Ayntraxt" oyunu

"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunda Almaniyanın "Ayntraxt" (Frankfurt) klubu ilə üz-üzə gəlib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda hesabı "Qarabağ" açıb. Kamilo Duran oyunun 4-cü dəqiqəsində topu rəqib qapısından keçirib. Matçın 10-cu dəqiqəsində qonaqlar hesabı bərabərləşdirib. 78-ci dəqiqədə qonaqların heyətində penaltini dəqiq yerinə yetirən Fares Şaybi komandasını hesabda irəli çıxarıb. 2 dəqiqə sonra isə Kamilo Duran hesabı bərabərləşdirməyi bacarıb. "Köhlən atlar" 90+4-cü dəqiqədə üçüncü qolu rəqib qapısından keçirib. Oyun "Qarabağ" komandasının 3:2 hesablı qələbəsi ilə başa çatıb. 

Digər fotolar
arrow-up