Kateqoriyalar
Sırala
ID 0136109

20 Yanvar hadisələri zamanı tunel ustası işləyən Məftun Abbasov

1989-cu ildən Bakı Metropolitenində tunel ustası kimi işləyən Məftun Abbasov 20 Yanvar hadisələrinin canlı şahididir. Həmin gecə “İçərişəhər” metrostansiyasında növbədə olan Məftun Abbasov qeyd edir ki, metro o vaxt fasiləsiz işləməsəydi, itkilər qat-qat çox olardı. İnsanların təxliyəsi və daşınmasında, həmçinin böyük faciənin qarşısının alınmasında metro təcili yardım rolunu oynayıb. Onun sözlərinə görə, maşinistlər son dərəcə ağır şəraitdə, yorğun və ac halda fasiləsiz olaraq səhərə qədər çalışıblar.  

Digər fotolar
arrow-up