Kateqoriyalar
Sırala
ID 0136140

20 Yanvar faciəsinin şahidi Seyran Əbdürrəhmanov

1990-cı ilin 20 Yanvar hadisələrinin şahidi olan Seyran Əbdürrəhmanov həmin dövrdə üç gün ac-susuz zirzəmidə qalıb. O, 1988-ci ildə Ermənistandan qaçqın düşərək Azərbaycana gəlib və Bakıda "Taksimatornı" (1 nömrəli taksi parkı) adlanan yerdə işləyib. Şahidin sözlərinə görə, həmin gecə onunla birlikdə 36 nəfər yaralanıb və onları hərbi hissənin zirzəmisində saxlayıblar. Ailə üzvləri üç gün ondan xəbər ala bilmədikləri üçün atası həyəcan keçirərək vəfat edib. 

Digər fotolar
arrow-up